Rusiya prezidenti Vladimir Putin Nikol Paşinyan və İlham Əliyevlə birgə danışmağa nail olduğunu açıqlayıb.
O, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyanla ikitərəfli görüşündə bildirib.
“Söhbətimizə dünən başladıq, üçümüz danışa bildik. Razılaşdığımız kimi, biz bütün bu məsələləri ətraflı müzakirə edəcəyik”, – deyə Putin bildirib.
Xatırladaq ki, dekabrın 26-27-də Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi sammiti keçirilir.
“Unikal”