Rusiyanın Su-35 döyüş təyyarələri müqabilində İrandan Şahed-136 kamikadze pilotsuz uçuş aparatını (PUA) tədarük etdiyi iddia edilir.
“Zirvə yolu” “Times of Israel”ə istinadən xəbər verir ki, Rusiya yaxın vaxtlarda İrana “Sukhoi Su-35” qırıcıları tədarük edəcək. Xəbərə görə, İran aldığı döyüş təyyarələri müqabilində Ukraynada istifadə etmək üçün Rusiyaya 1700 ədəd “Şahed-131” kamikadze PUA və “Şahed-136” kamikadze PUA tədarük edəcək. Ümumilikdə 540 kamikadze PUA-nın Ukraynada aktiv şəkildə istifadə edildiyi iddia edilir.
2018-ci ildə Misir Rusiya ilə təqribən 3 milyard dollarlıq müqavilə çərçivəsində 24 ədəd Su-35 döyüş təyyarəsinin tədarükünə dair müqavilə imzalamışdı. “The Aviation Geek Club”ın məlumatına görə, Misir Hərbi Hava Qüvvələri üçün istehsal olunan Su-35-lər hazırda Komsomolsk-on-Amurda park edilir və başqa ölkə onları satın almasa, bir müddət orada qalacaq.
Vaşinqton Rusiya ilə Misir arasında təyyarə razılaşmasına mane olmağa çalışıb. Xarici işlər nazirinin o zamankı siyasi-hərbi əlaqələrə cavabdeh müavini R.Klark Kuper 2019-cu il noyabrın 18-də Dubayda keçirilən Aviasiya Sərgisində Misirin bu alışa görə sanksiyalara məruz qala biləcəyini bildirmişdi.
Qərb kəşfiyyatının “The Time of Israel”ə verdiyi açıqlamalara görə, iranlı pilotlar Rusiyada Su-35 üçün təlim keçir. İran Hərbi Hava Qüvvələrinin inventarında ABŞ istehsalı olan keçmiş F-4, F-5 və F-14 döyüş təyyarələri var. İran bu alışla köhnə inventarını yeni texnologiyalı təyyarələrlə doldurmaq istəyir.
İrandan Rusiya əsgərlərinə PUA-lara təlim dəstəyi
The Jerusalem Post tərəfindən sitat gətirildiyi kimi; Ukrayna rəsmisi bildirib ki, son aylarda Ukraynanın hücumları zamanı rus əsgərlərinə təlim keçən 10 iranlı həlak olub.
Bu xəbər Amerika və Ukrayna rəsmilərinin iranlıların Krımda İranın pilotsuz təyyarələrindən istifadə etmək üçün ruslara təlim keçdiyi barədə xəbərdarlıq etdiyi vaxt yayılıb.