Cəmiyyət

Qarabağdakı mədənin fəaliyyəti müvəqqəti DAYANDIRILIR

“Bays Metals” şirkətinin rəhbərliyi ilə birgə beynəlxalq ekoloji ekspertizanın sonuna qədər mədənin fəaliyyətini müvəqqəti dayandırmaq barədə qərar qəbul edilib.

Şirkət fəaliyyətləri ilə bağlı beynəlxalq ekoloji ekspertiza keçirmək üçün beynəlxalq təşkilatlara müraciət etmək qərarına gəliblər.

“Bays Metals” şirkəti Ağdərə rayonundakı Kaşin mis-molibden mədəninin operatorudur.

Xatırladaq ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Şuşa – Laçın yolunda aksiya keçirirlər.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir