Month: Dekabr 2022

Siyasət

Vahid Hacıyev bu rayonlarda Prezidentin xüsusi nümayəndəsi təyin edildi

Vahid Rasim oğlu Hacıyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib. Prezident İlham Əliyev dekabrın 30-da bununla bağlı sərəncam imzalayıb.

Polis bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Azərbaycanda polis bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bu barədə “Zirvə yolu” Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən məlumat verir ki, “Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramının keçiriləcəyi günlərdə vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması, rahat və maneəsiz…

Prezident DSMF-nin gələn il üçün büdcəsini təsdiqlədi

 Prezident İlham Əliyev Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. Sənədə əsasən, Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsinin gəlirləri 6 263 970 000 manat, xərcləri 6 263 970 000 manat məbləğində təsdiq edilir.