Kürdə meyit tapıldı
Şirvanda Kür çayından qadın meyiti tapılıb. Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində təxminən 20-25 yaşlarında olan naməlum qadının meyiti aşkar edilib. Meyit müayinə olunmaq üçün Şirvan morquna aparılıb. Onun üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Faktla bağlı araşdırma aparılır. APA
“AzerGold”dan işğaldan azad edilmiş ərazilərdəki yataqlarla bağlı AÇIQLAMA
“AzerGold” QSC-nin monitorinq qrupu “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarında işin aparılması üçün icazə verilməsini gözləyir. Bunu “Report”a açıqlamasında “AzerGold”un İdarə Heyətinin sədri Zakir İbrahimov deyib. Onun sözlərinə görə, monitorinqlər aparılmadan ərazidəki vəziyyətlə bağlı ilkin məlumat vermək mümkün deyil: “Kənar…
FHN-nin binasında xına mərasimi oldu – VİDEO
Fövqəladə Hallar Nazirliyinin inzibati binasında xına mərasimi keçirildiyi iddia edilir. Bununla bağlı video sosial şəbəkədə yayılıb. Belə ki, Fövqəladə Hallar Nazirliyinin xanım işçiləri xidməti geyimlərində qadın məclisi təşkil ediblər. Xatırladaq ki, bir müddət öncə FHN əməkdaşlarının nazirliyin inzibati binasında intim…



