Hərb Manşet

« Ermənistan Xankəndi yolunun bağlanması, sülhməramlıların mövqeyi» mövzusunda Ramil Məmmədlinin şərhi

«Zirvə yolu» « Ermənistan Xankəndi yolunun bağlanması, sülhməramlıların mövqeyi» mövzusunda Ramil Məmmədlinin şərhini təqdim edir:

Biz hazırki situasiyanı analiz etsək görərik bəzi başqa nüanslar da ortaya çıxdı. Qeyd etmək istəyirəm ki, artıq iki həftədən çoxdur azərbaycanlı fəallar, ictimaiyyət təşkilatlarının nümayəndələri, ictimai fəallar Laçın yolu üzərində aksiya keçirirlər və aksiyanın (aksiyaçıların) əsas tələbi Qarabağın dağlıq hissəsində yəni sülhməramlıların müvəqqəti nəzarətində olan ərazidəki mədənlər, faydalı qazıntılar olan mədənlərdir və orada ekoloji monitorinqin aparılmasıdır. Yeni başladıqda və bir müddət bundan əvvələ qədər deyək ki, bu məsələlərə münasibət tamam fərqli idi, ermənilərin də məsələlərə reaksiyası fərqli idi, lakin 3-4 gün bundan əvvəl Xankəndində ermənilərin keçirdiyi mitinqdə səslənən fikirlər və sonradan Rusiyanın məsələyə münasibəti, ümumiyyətlə Ermənistandakı Laçın dəhlizinin bağlanması ilə bağlı səslənən fikirlər onu deməyə əsas verir ki, Ermənistanın qeyri-adekvat reaksiyası vəziyyəti daha da gərginləşdirməklə məşğuldur. Açıq demək lazımdır ki, hazırda Ermənilər vəziyyətin daha da gərginləşdirilməsi və Azərbaycanı bu məsələdə günahkar çıxarmaq üçün, müxtəlif bəhanələrə əl atırlar, lakin sadə bir məsələnin həllinə mane olur, yəni ekoloji monitorinqin aparılmasını ümumiyyətlə həmin müəssisə ərazisində, müəssisədə monitorinqin aparılmasına mane olurlar və separatçı ermənilərin lideri kimi özünü təqdim edən, yəni açıq deyək bu kimi separatçı şəxslərin səsləndirdiyi fikirlər faktiki olaraq erməniləri müharibəyə səsləyən amillərdir, ermənilər kompromisə getmək, məğlub olduqlarını etiraf etmək əvəzinə vəziyyəti bir qədər də gərginləşdirməyə, erməni xalqını yenidən qırğına verməyə çalışırlar və bu müddət ərzində də baş verən hadisələr bizə onu deməyə əsas verir. Mən düşünürəm ki, əgər monitorinqlə bağlı problemlər davam edərsə, Azərbaycan ordusunun mövqeləri yenə də atəşə tutularsa Azərbaycan dövləti sülhməramlıların nəzarətində olan ərazilərdə Qarabağın dağlıq hissəsində hərbi əməliyyatlar keçirtmək məcburiyyətində qalacaq. Əgər xatırlayırsınızsa son bir il ərzində biz davamlı olaraq belə hallarla qarşılaşdıq. O ki qaldı sülhməramlıların roluna və fəaliyyətinə bu məsələdə Rusiya sülhməramlı kontingentinin mövqeyi bəllidir və aydındır. Onlar Rusiya dövlətinin maraqlarına xidmət edirlər və hər halda konfliktin qarşı durmanın olmamasına çalışırlar, lakin məlumdur ki, onların bəzi səhvlikləri hətta deyərdim ki, bəzi doğru olmayan hərəkətləri nəticəsində ermənilər ərazilərə silah və sursatın daşınmasını həyata keçiriblər. Muzdlu döyüşçülərin gətirilməsini reallaşdıra biliblər, həyata keçirə biliblər. Artıq bu özü də onların fəaliyyətini tənqid etməyə imkan verir. Yəni Rusiya sülhməramlıları fəaliyyətsizliyi nəticəsində, nəzarəti yüksək səviyyədə etməməyi nəticəsində problemlər yaranır, belə hallar baş verir. Ümumiyyətlə isə qlobal mənada bu problemlərin baş verməsinin səbəbi kimi biz birmənalı olaraq 10 noyabr 2020-ci il bəyanatının dördüncü bəndinin icra olunmamasını əsas göstərməliyik. Yəni Rusiya dövləti bir vasitəçi kimi, Rusiya sülhməramlıları bir vasitəçi tərəf olaraq, icraçı tərəf olaraq Qarabağdakı ermənilərin tərki silah edilməsi, separatçıların ordan çıxarılması Ermənistan Müdafiə Nazirliyinin birinci ümumqoşun ordusunun hərbi birləşmələrinin Qarabağın dağlıq hissəsindən çıxarılması məsələlərini həyata keçirtməlidir. Əks təqdirdə vəziyyət bu cür qeyri-müəyyən şəkildə və gərgin olaraq qalmaqda davam edəcək. Və Azərbaycan dövləti də nə zamansa bu problemi həll etmək üçün, belə deyək bu gərginliyi düzəltmək, həll etmək üçün lokal antiterror əməliyyatı formatında olan hərbi tədbirlər, hərbi müdaxilələr həyata keçirtmək məcburiyyətində qalacaq. Burda isə təbii ki itkilər olacaq, hətta hər iki tərəfdə itkilər olacaq, əlbəttə ki, ermənilər bu məsələni qəbul etməlidirlər, anlamalıdırlar, başa düşməlidirlər və bu problemin həllinə çalışmalıdırlar. Çox təəssüf ki, bölgədə, Qarabağda (nəzərdə tuturam) Ermənistana qarşı təzyiqlər və orda maraqları olan dövlətlər çoxdur. Amerika, Fransa, Rusiya, İran hər biri ayrı-ayrılıqda Ermənistanda müəyyən üstünlük əldə etmək istəyiblər və Ermənistan da bu dövlətlər arasında manevr edir. Mən düşünərəm ki, Ermənistan nə zaman siyasi iradə nümayiş etdirəcək münaqişənin həlli ilə bağlı konkret addım atacaq o zaman bu problem sülh yolu ilə həll olunacaq. Əks təqdirdə hərbi əməliyyatlar qaçılmazdır.

 

 

 

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir