Sevda Məmmədəliyevanın kadrının “ölü canları“ – Samux Musiqi Məktəbində büdcə necə mənimsənilir?
Dövlət Təhlükəsizlik Ximətinin 2020-ci ilin may və 2022-ci ilin noyabr ayında Mədəniyyət nazirliyində keçirdiyi xüusi əməliyyat zamanı aşkara çıxarılan korrupsiya maxinasiyaları cəmiyyətdə şok effekti yaratdı. İllərdir dövlətin mədəniyyət sahəsinə ayırdığı yüz milyonlarla vəsaitin korrupsioner şəbəkə tərəfindən müxtəlif yollarla mənimsənilməsi faktı o zamankı Mədəniyyət naziri Əbülfəs Qarayevin vəzifəsindən qovulması ilə nəticələndi.
DTX-nin 2022-ci ildə təkrar Mədəniyyət Nazirliyində korrupsiya əməliyyatı keçirməsi zamanı da burada ciddi maxinasiya halları aşkarlandı. Artıq məsələ ilə bağlı xeyli sayda yüksək vəzifəli şəxslər istintaqa da cəlb edilib.
DTX-nin Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyatlardan nəticə çıxarmayan, Mədəniyyət nazirliyinin tabeliyində fəaliyyət göstərən bəzi müəssisələrdə hələ də dövlətin büdcəsini talayan rəhbər şəxslər var.
AzFakt.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə ciddi maxinasiya hallarına yol verən məmurlardan biri də Samux şəhər Uşaq Musiqi Məktəbinin direktoru Ülviyyə Nadirovadır.
Samux şəhər Uşaq Musiqi Məktəbi Ülviyyə Nadirova arxası yuxarılara bağlı olan direktorlardandı. Əldə etdiyimiz məlumata görə Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva ilə xüsusi yaxınlığı olan məktəb direktoru yol verdiyi qanunsuzluqların hamısını məhz nazir müavininə arxalandığına görə edir.
Bəzi məclislərdə nazir müavini Sevda Məmmədəliyeva ilə “podruqa” olduğunu xüsusi vurğulayan Ülviyyə Nadirova 2004-cü ildən Samux şəhər Uşaq Musiqi Məktəbinə rəhbərlik edir.
Bu illər ərzində bir dəfə də olsun məktəbdə ciddi audit aparılmamışdır.
Məlumata görə hazırda məktəbdə xeyli sayda “ölü canlar” var. Belə ki, təsərrüfat, texniki və pedoqoji heyətin bir qismi məktəbə işə gəlmir, onların maaş kartları isə Ülviyyə Nadirovadadır.
Ülviyyə Nadirovanın zamanını Samux şəhər Uşaq Musiqi Məktəbindən daha çox Bakıda keçirir.
İyirmi iki ildir Samux şəhər Uşaq Musiqi Məktəbinin direktoru olan Ülviyyə Nadirovanın bu illər ərzində korrupsiya və rüşvət hesabına yığdığı vəsaitlər heç də DTX-nin korrupsiyaya görə həbs etdiyi icra başçılarının, nazir müavinlərinin topladıqlarından az deyil.
İddialara görə Ülviyyə Nadirova büdcə hesabına əldə etdiyi pulları daha çox daşınmaz əmlaka yatırır.
Hazırda onun Bakıda yeni inşa edilən binalarda dəyəri yüz min manatlarla ölçülən lüks mənzilləri var.
Ülviyyə Nadirovanın Göygöl rayonunun Hacıkənd qəsəbəsində, Gəncə şəhərində və Daşkəsən rayonunda da mülklərinin olduğu bildirilir.
Qarşı tərəf yazıya mövqe bildirə bilər.
https://www.azfakt.com/sevda_memmedeliyevan_n_kadr_n_n___l__canlar___-_samux_musiqi_mektebinde_b_dce_nece_menimsenilir_-131256-xeber.html?fbclid=IwAR0sECJMRRPHsy5dHoL36WCPpTfDJxhpVKSUvA-8E_iXFsVYJlJ7IWZ2R_c