Cəmiyyət

Deputatdan işçilərinə BAYRAM SÜRPRİZİ… – “İndi işçilər düşüb tanış-bilişin canına ki…”

“Kontakt Home”dan biabırçı bayram kampaniyası: ÖZ İŞÇİLƏRİNİ BELƏ ƏLƏ SALDILAR…

Bu barədə 7NEWS.az saytı məlumat paylaşıb. Saytın xəbərində iddia olunur ki, bu barədə jurnalist Sevinc Paşayeva məlumat verib:

“Deyirlər, “Kontakt Home” bayramla əlaqədar işçilərinə 50 manat pul mükafatı təyin edib. Amma əlbəəl yox. Hərəyə bir yaşıl rəngli “Sevindirən kart” paylayıb, pulu da köçürüb içinə. İndi işçilər ha əlləşir-vuruşur, kartdan pulu çıxara bilmir. Səbəb də odur ki, həmin “green card”la elə şirkətin öz mağazalarından mütləq nəsə almalıdırlar. Yəni verdiyim pulu təzədən elə özümə qaytar prinsipi… İndi işçilər düşüb tanış-bilişin canına ki, bəlkə kiminsə Kontaktdan 50 manatlıq avadanlıq almaq fikri ola, alışı bu kartla edə, sonra da öz aralarında nağdlaşdıralar. Nə isə ki, əməllicə zibilə düşüblər: yumşaq desək, şirkətin marketinq zibilinə…”

Onu da qeyd edək ki, sözügedən şirkət deputat Elnur Allahverdiyevə məxsusdur…

7NEWS.az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir