Cəmiyyət

Bu il Azərbaycandan Həcc ziyarəti olacaq – QMİ

Bu il Azərbaycandan Həcc ziyarəti olacaq.

Bunu açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Azərbaycan Həcc Missiyasının elektron sistemi üzrə məsul şəxsi Vüsal Cahangiri bildirib.Onun sözlərinə görə, yaxın günlərdə Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi ilə müqavilələrin imzalanması gözlənilir:

“Həcc ziyarətinin koronavirusla bağlı ötənilki şərtləri bir az yumşaldılacaq. Bildiyiniz kimi, ötən il ziyarətə 65 yaşına qədər olan şəxslər gedə bilərdi.
Çox ehtimal ki, bu il ziyarət üçün yaş məhdudiyyəti də olmayacaq. Amma yəqin ki, koronavirusa qarşı iki doza vaksin tələbi qalacaq”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir