Dünya

MƏHƏBBƏTİN TƏHSİLDƏKİ QÜDRƏTİ… – Heç də az deyil…

 

Azərbaycan təhsilində hansı daşı qaldırsan altından mütləq 20 saylı məktəbin də çıxacağına şübhəniz olmasın. Sanmayın ki, bu təhsil ocağı elmimizin flaqmanlarındandır və bu səbəbdən hər yerdə adı keçir. Doğrudur bu məktəbin belə zamanları da olub, amma həmin dövrlər artıq xoş xatirələrə çevrilib yaddaşlara köçüb. Bakının mərkəzindəcə gözdən könüldən uzaq düşən məktəbdə indi başqa küləklər əsir.
Təhsil sistemində özünü hələ də “portfelsiz nazir” statusunda görən Məhəbbət Vəliyevanın gedər ayaq 20 saylı məktəbə direktor gətirdiyi Esmira Ağayeva burada kütləvi narazılıq, inciklik formalaşdırıb. Bir qrup direktora yaxın olanlar üçün hər yerdə yaşıl işıq yansa da digərləri üçün bütün qapılar bağlıdır. Şikayətlərə, narazılıqlara isə baxan yoxdur. Deyilənə görə BŞTİ 20 saylı məktəbi “balansından silib” , heç yoxlama da göndərmir. Yəni istənilən yoxlama Məhəbbət Vəliyevanın Mehriban Vəliyevaya xüsusi göstərişi sayəsində “həllini tapır”.
Verilən məlumatlara görə məktəbdə nizam-intizam çox aşağı səviyyədədir. Hətta bəzi müəllimlər zəhmət çəkib jurnal götürüb siniflərə belə getməyə ərinirlər. İş o yerə çatıb ki, E.Ağayeva “Məktəbin daxili nizam-intizam qaydalarını pozan , işinə məsuliyyətsiz yanaşan əməkdaşlar barəsində qanunvericilik çərçivəsində intizam tənbehi görüləcək.” Məzmunlu əmr də imzalayıb. 9, 10,11-ci siniflərdə davamiyyət olduqca aşağıdır. Bu barədə rəhbərliyin xüsusi “imtiyazları” var.
Bir də deyirlər ki, verilən göstərişə baxmayaraq məktəbdə yeni il şənliklərinin keçirilməsinə qızğın hazırlıqlar gedib. Sinif rəhbərləri valideyin komitələrinin adı ilə 70-100 manatdan pul yığıb Şaxta Babanın gəlişini qeyd etməyə hazırlaşırlar. Restoranlarda da şənlik üçün yer tutublar.
Beləliklə paytaxtın bir zamanlar ən nüfuzlu təhsil ocaqlarından biri olan 20 saylı məktəb “məhəbbətin qurbanına” çevrilir. Ən maraqlısı isə Təhsil nazirliyinin verdiyi reaksiyadır. Sanki baş verənlərdən xəbərləri yoxdur, 20 saylı məktəbin nazirliyə aidiyyatı yoxdur. Nə bilmək olar, bəlkə Məhəbbət Vəliyevanı işdən azad edəndə bu məktəbi də ona “zdaç” veriblər üstündə…

GundemXeber.Az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir