Manşet Siyasət

2023-cü il Qarabağa qayıdış baxımından xüsusi əhəmiyyət kəsb edəcək

Siyasi ekspert Tural İsmayılov “Zirvə yolu” media mərkəzinə verdiyi açıqlamada qeyd edib ki; bildiyimiz kimi artıq ötən ilin sonlarına doğru Qarabağda böyük qayıdışa dair birinci dövlət proqramı qəbul edildi və bununla bağlı müxtəlif qurumların üzərində vəzifələr müəyyənləşib, müxtəlif tapşırıqlar verilib. Bu baxımdan mən hesab edirəm ki, 2023-cü il Qarabağa qayıdış baxımından xüsusi əhəmiyyət kəsb edəcək, həmçinin cənab prezident yeni illə bağlı Azərbaycan xalqına müraciətində də xüsusilə Laçına dönüşlə bağlı mesajlar verdi, yəni qayıdış prosesinin mərhələli şəkildə baş verməyi kontekstində 2023-cü ilin mühüm əhəmiyyəti var.

2023-cü il ölkəmizdə Heydər Əliyev ili elan edilib və bu il nəzdində Qarabağdakı quruculuq işləri daha da sürətli şəkildə həyata keçiriləcək. Eyni zamanda minalanmış ərazilərin minalardan təmizlənməsi prosesində bu günə qədər beynəlxalq birlik tərəfindən ölkəmizə qarşı hələ də haqsızlıq edilir, Azərbaycana heç bir yardım göstərilmir, amma ölkəmiz bu sahədə də işləri 2023-cü ildə daha da sürətləndirəcək, həmçinin beynəlxalq investorların işğaldan azad edilmiş bölgələrdə ərsəyə gətirdiyi müxtəlif layihələrin də 2023-cü ildə mən açılacağını düşünürəm.

Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan dövləti tərəfindən bərpa və quruculuq işləri aparılan Qarabağın bir çox bölgələrində 2023-cü ildə ərsəyə gətirilmiş müxtəlif tikililərin açılış mərasimləri olacaq. Və hesab edirəm ki, 2023-cü il Qarabağın taleyi üçün müstəsna illərdən biri kimi yaddaşlarda qalacaq, çünki Qarabağda nəzərdə tutulmuş bir çox abadlıq və quruculuq işlərinin 2023-cü ildə daha da geniş vüsət alacağı və təkmilləşməsi gözlənilir. Eyni zamanda bu il ərzində işğaldan azad edilmiş bölgələrin bəzilərində xüsusi lokal və beynəlxalq tədbirlərin də keçirləcəyini düşünürəm.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir