Cəmiyyət

Aygün Kazımovanın dostu ölkədən pul çıxarıb? – Fadal Bazzinin şirkəti məhkəmə qarşısında

 

Azərbaycanda yaşayan məşhur livanlı iş adamı Fadal Bazziyə məxsus “F.M.D.I AZERBAIJAN” MMC barəsində inzibati iş başlanıb.

Zirveyolu.info Qaynarinfo-ya istinadla xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə ittiham edilir.

İş Qəbələ Rayon Məhkəməsinin hakimi Abbas Əliyevin icraatındadır.

Bəzi iddialara görə, əslində MMC barəsində bu maddə ilə inzibati iş başlanması Fadal Bazzinin şirkəti vasitəsilə ölkədən külli miqdarda valyuta çıxarması ilə bağlıdır.

Fadal Bazzi 1995-ci ildən Azərbaycanda yaşayır. Lakin “F.M.D.I AZERBAIJAN” MMC 29 vaqust 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN-dir.

Fadal Bazzi həm də “Creme 21” firmasının sahibidir. Bu firma kosmetik məhsullarının satışı ilə məşğuldur. Bir neçə il əvvəl “Creme 21” istifadə müddəti bitmiş məhsulların satışı ilə gündəmə gəlmişdi. Yerli mediada bu barədə dərc edilən materiallarda bildirilirdi ki, vatxı keçmiş məhsullar bayram paketi formasında supermarketlərdə satışa çıxarılıb. Alıcılar “bayram paketi”ni aldıqdan sonra onun içindəki bəzi məhsulların son istifadə müddətlərinin qedy olunmadığını görüblər.

Fadal Bazzi şou-biznes aləmində də tanınır. O, xalq artisti Aygün Kazımovanın dostudur. Xalq artisitinin verilişlərinə sponsorluq edib.

Fadal Bazzinin qardaşı Abdul Bazzi də Azərbaycanda yaşayır. O. 2003-cü ildən bura köçüb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir