Mədəniyyət televiziyasında belə bir veriliş var “Vətən daşı”. Yayımlandığı ilk gündən tamaşaçı auditoriyası toplayan bu veriliş ölkəmizdə könüllülük və öz istəkləri üzərində bir rayondan köçüb digər rayonda fəaliyyət göstərən qəhrəman müəllim həkim və başqa peşə sahiblərinin həyat və fəaliyyətindən bəhs edən portiret layihədir.
Müsahibim, eyni zamanda verilişin müəllifi və aparıcısı olan Xanım Parlak saytımıza bildirdi ki, ilk verilişləri Astara rayonunun Sım kəndində işləyən Ruziyə müəllim haqqında olub. Həmin müəllim Tovuz rayon sakini olmasına baxmayaraq çətin kənd həyatını seçib və orda da ömür gün yoldaşı ilə qarşılaşıb. Və onlar hazırda həmin kənddə xoşbəxt yaşayırlar. O, həmçinin qeyd etdi ki, verilişin heyəti o qədər də böyük olmasa da onlar tamaşaçı məsuliyyətini dərk edərək peşakar iş ortaya qoymağa çalışırlar. Verilişin rejissoru Orxan Cabbarlı, operatoru isə Nicat Nağızadədir. Xanım Parlak həmçinin qeyd edir ki, verilişdə əsas məqsəd daha çox şəxsiyyətin iç üzünü, onun maraqlı tərəflərini açmaq və tamaşaçıya çatdırmaqdır. Veriliş ötən ilin fevral ayından efirə yayımlanmağa başlayıb. Bir ilə yaxın yayımlanan “Vətən daşı” verilişi kifayət qədər auditoriya toplamağı bacarıb. Verilişdə həmçinin kəlağayı, dulusçuluq və digər qədim sənət peşəsini günümüzə qədər çatdıran peşə sahibləri ilə də verilişlər hazırlanıb.
Xanim Parlak onu da qeyd etdi ki, yeni layihələri olan “Qalalar” verilişinin çəkilişinə və montaj prosesinə fevral ayından etibarən start veriləcək. Layihədə ölkəmizdə olan tarixi qala, abidələr və dini abidələrin də çəkilişləri olacaq.
Xanım Parlak, inanırıq ki, Sizin peşakar fəaliyyətiniz sayəsində bu yeni yayımlanacaq olan “Qalalar” layihəsi də “Vətən daşı” verilişi kimi qısa müddətdə çox sayda auditoriya toplamağı bacaracaq. Biz də yeni layihələrinizdə, ümumiyyətlə bütün işlərinizdə Sizə müvəffəqiyyətlər arzu edirik. Uğurlarınız davamlı olsun.
Cavadzadə Seyid Sürayə