Səhiyyə Nazirliyinin şöbə müdiri Pərviz Abubəkirovun “Zirvə yolu”na verdiyi məlumata görə hava şəraiti ilə əlaqədar olaraq dünən axşam saatlarından etibarən Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna 12 nəfər müxtəlif bədən xəsarətləri ilə müraciət ediblər. Müraciət edənlərdən 11-i qadın, 1-i kişidir.
Qeyd olunub ki, zərərçəkənlərə tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq üçün evə buraxılıblar.