“İnam Kərimovun Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri vəzifəsinə təyin olunması cəmiyyətdə çox güclü maraqla qarşılansa da bir müddət keçəndən sonra məlum oldu ki, bu adam aqrar sahəni anlamır və bu sahədən tam xəbərsizdir”. DİA.AZ bildirir ki, bu barədə redaksiyamız ünvanlanan müraciətdə deyilir.
Müraciət müəllifləri daha sonra davam edir: “Şəki rayonunda ipəkçiliyin inkişafı ilə bağlı tədbirdə İnam Kərimov baramanı təqdim edənlərdən soruşur ki,Siz baramanı gündə neçə dəfə suvarırsınız? Təqdim edən şəxslər isə deyib ki, cənab Nazir, barama yemləndirilir, suvarılmır. Göründüyü kimi, nazir baramanın yemləndirilməsi və ya suvarılması məsələsindən bixəbərdir.
İnam Kərimov aqrar sahəyə nabələdliyi ilə illərlə aqrar sferada formalaşan kadr korpusunu tamamilə məhv etdi. Özü ilə ASAN Xidmətdə çalışan tarix, ədəbiyyat müəllimlərini, özünün dost-aşnalarını Kənd Təsərrüfatı Nazirliyində və xüsusilə də, bütün rayonların Aqrar İnkişaf Mərkəzlərinə direktor vəzifələrinə işə götürdü.İnam Kərimov özünün tarix müəllimi olan dostunu baytarlıq idarəsinə rəis təyin edib. Bir soruşan yoxdur ki, Cənab Nazir, tarix müəllimi hara, baytarlıq idarəsi hara..? Eynən bunu kimi, özünün saxta maliyyə məsələlərinin və bir çox yeyinti layihələrinin üzərini ört-basdır etmək məqsədilə tez-tələsik öz yaxın qohumu olan Zəfər Qurbanova da Azərbaycan Dövlət Aqrar Üniversitetinin rektoru vəzifəsini həvalə etdi.
Zəfər Qurbanov
Zəfər Qurbanov texnika elmləri namizədidir, neft sənayesi üzrə mütəxəssisdir. Zəfər Qurbanov aqrar sektora, onun istehsalat həyatına tanış sima deyil, aqrar sahədən heç bir məlumatı olmayan yad bir adamdır. Bu adam elə hesab edir ki, aqrar sahə və kənd təsərrüfatı sahəsi başqa-başqa məfhumlardır.
Bunlar əyani sübutdur ki, İnam Kərimov ixtisas sahibləri olan mütəxəssisləri yox, güclü yerlibazlıq edərək yaxın qohum və əqrabasını müvafiq strukturlara yerləşdirir.Eləcə də bu günlərdə Əhməd Məlikov ADAU-ya tədris işləri üzrə prorektor təyin olundu”.
DAVAMI VAR…
İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq…