Dünya

İranda keçmiş müdafiə nazirinin müşaviri edam olunacaq

İranda məhkəmə 1997-2005-ci illərdə ölkənin müdafiə naziri Əli Şəmxaninin keçmiş müşaviri Əlireza Əkbəri barəsində ölüm hökmü çıxarıb.
Məlumata görə, Əkbəri Böyük Britaniyanın xeyrinə casusluqda ittiham olunub. Molla Respublikasının Kəşfiyyat Xidməti onu “İranla bağlı mühüm məlumatları xaricə ötürmək üçün toplayan ən mühüm agentlərindən biri” kimi xarakterizə edib. Bildirilib ki, Əkbərinin İranla bağlı məxfi məlumatlara çıxışı olub və o, həmin məlumatları mütəmadi olaraq “düşmən ölkələrin kəşfiyyat xidmətləri”nə ötürürdü.
İlkin ölüm hökmü çıxarıldıqdan sonra Əkbəri apellyasiya şikayəti verib və onun şikayəti rədd edilib. Məhkəmənin qərarı qüvvədə saxlanılıb.
Artıq Əkbərinin ailə üzvləri son ziyarət üçün həbsxanaya çağırılıb. İddialara görə, o, həm Molla Respublikasının vətəndaşı olmaqla yanaşı, Böyük Britaniya vətəndaşlığını da alıb.
Əkbəri özü ona qarşı irəli sürülən bütün ittihamları rədd edib və onların əsassız olduğunu deyib. Eks-məmur təxminən on ay əvvəl saxlanıldığı və bu müddətdə ona işgəncə verildiyi vurğulanır.
Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir