Nazir və qardaşları Naxçıvandakı “Badaşqan” adlı restorandan şəxsi türmə kimi istifadə ediblər – İLGİNC
Sən demə, Naxçıvandakı “Badaşqan” adlı restorandan MR-in sabiq daxili işlər naziri Əhməd Əhmədov və qardaşları şəxsi türmə kimi də istifadə ediblər. Sədərək rayonu, Dəmirçi kənd sakini Ələkbərov Nizami Əhməd oğlu başına gələn dəhşətli hadisəni Azinforum.az-a nəql edib. Restoran uzun müddət Əhmədovların nəzarəti altında olub. Əhmədovlar “vurulandan” sonra həmin restorana Ali Məclisə sədrlik edən Azər Zeynalov yiyələnib. Hazırda restoran “4 fəsil” adı ilə Azər Zeynalovun qardaşının rəhbərliyi altında fəaliyyət göstərir.
Zirveyolu.info Azinforum.az-a istinadla maraqlı müsahibəni təqdim edir: