Ötən həftə Qarabağ və Şərqi Zəngəzurda 0,0955 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
“Zirvə yolu” bu barədə Minatəmizləmə Agentliyindən (ANAMA) verilən məlumata istinadən xəbər verir.
Bildirilib ki, yanvarın 9-dan 14-dək Tərtər, Kəlbəcər, Ağdam, Xocalı, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı 1 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 0,0955 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.