Türkiyədə təlim-məşq toplanışında olan “Turan Tovuz”un yoxlama görüşündəki rəqibi dəyişib.
“Zirvə yolu” klubun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi yanvarın 17-dəki son sınaq matçında öncədən nəzərdə tutulduğu kimi, Polşa “Qurnik”i ilə qarşılaşmayacaq.
Əvəzində baş məşqçi Ayxan Abbasov həmin gün yetirmələrini Qazaxıstan təmsilçisi “Jetisu” önünə çıxaracaq.
Qeyd edək ki, yanvarın 3-dən Antalyada toplanış keçən “Turan Tovuz” keçirdiyi yoxlama görüşlərində “Petrolul”a (Rumıniya) 2:3 hesabı ilə məğlub olub, “Aarau”ya (İsveçrə) isə 1:0 hesabı ilə qalib gəlib.