Ukraynaya dəstək üzrə təmas qrupunun növbəti, səkkizinci görüşü yanvarın 20-də Almaniyanın Ramşteyn aviabazasında keçiriləcək.
“Zirvə yolu” xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidmətindən bildirilib.
ABŞ-ın müdafiə naziri Lloyd Ostinin sədrliyi ilə baş tutacaq iclasda Ukrayna böhranı və bununla bağlı NATO-nun üzləşdiyi təhlükəsizlik məsələləri müzakirə olunacaq.
Toplantı çərçivəsində Alyansın baş katibi Yens Stoltenberqin Ukraynanın müdafiə naziri Oliksiy Reznikovla görüşü gözlənilir.