Bakıda Xəzəryanı dövlətlərin parlament konfransının keçirilməsi planlaşdırılır.
“Zirvə yolu” Rusiya Dövlət Dumasının saytına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin yaz sessiyasının ilk plenar iclasında deyib.
“Azərbaycandan olan həmkarlarımızla birlikdə Bakıda Xəzəryanı dövlətlərin parlament konfransını keçirməyi planlaşdırırıq”, – Volodin bildirib.
O, aprel ayında Dövlət Dumasının Çin, İran, Türkiyə və Pakistanın iştirakı ilə təhlükəsizlik və regional əməkdaşlıq üzrə konfrans da keçirəcəyini əlavə edib.