Rusiyada könüllü olaraq ordu sıralarına yazılan əcnəbilər avtomatik olaraq ölkə vətəndaşlığı ala biləcək. Yerli vətəndaşların ordu sıralarına yazılmaq istəməmələri və qaçmaları səbəbindən Rusiya belə addım atmağa məcbur olub.
Zirveyolu.infod xarici mediaya istinadən xəbər verir ki, çarəsiz qalan Kreml orduya 10 milyon rubl maddi dəstək vermək üçün kommersiya strukturlarına ciddi təzyiqlərə başlayıb.
Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatına görə, Rusiyanın Rostov vilayətindəki Kadamovski poliqonunda hərbi qüvvələrin hazırlanması və orduya daha çox əsgər cəlb edilməsi üçün səfərbərlərin təlimi gözlənilir. Orduya cəlb edilənlər ilk olaraq “Vaqner” özəl hərbi şirkətinə və “Bars” qüvvələrinə göndəriləcək”.