Dünya

Türkiyədə kim qalib gələcək? – “The Economist” nəşri

Türkiyənin gündəmində iyunda keçirilməsi gözlənilən prezident seçkiləri var. Hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın ötən günlərdə seçkilərin önə çəkilməsi ilə əlaqəli açıqlamasından sonra gözlər mümkün yeni tarixə çevrilib.
Seçkilərə aylar qalmış keçirilən sorğularda hakim partiyanın (AKP) aşkar birinciliyi görünərkən, müxalifətin “Altılıq” blokunun hələ də namizədini müəyyən edə bilməməsi diqqət çəkir.
Seçkilərdə Ərdoğana kimin rəqib olacağı məsələsini gündəmə gətirən İngiltərənin “The Economist” qəzeti “Müxalifət qalib gəlməlidir, amma qarşısında maneələr var” başlıqlı məqaləsində müxalifətdəki dərin çatlardan yazıb. Nəşr türk müxalifətinin üç böyük maneə ilə üzləşdiyini bildirib.
“Seçkilərə cəmi bir neçə ay qalır, amma “Millət” bloku hələ də prezidentliyə namizəd irəli sürməyib. CHP sədri Kamal Kılıçdaroğlu namizəd olmaqda qərarlı görünsə də, İyi partiyanın lideri Meral Akşənərin etirazı ilə üzləşir. Müxalifətdəki çatlar özünü göstərir”, – məqalədə vurğulanıb.
İngilis nəşri Kılıçdaroğlunu “bacarıqlı idarəçi” adlandırılsa da qeyd edib ki, bu baxımdan onu Ərdoğanla müqayisə etmək olmaz.
Namizədlik üçün adları hallanan İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və Ankara bələdiyyəsinin sədri Mansur Yavaşın istefa verməsi lazım olduğu xatırladılarkən, hər ikisinin zəif nöqtələrinin olduğu yazılıb.
“İmamoğlunun 2019-cu ildəki qələbəsindən sonra ulduzu artıq sönüb”, – məqalədə bildirilib.
“Qatı millətçi” kimi qələmə verilən Yavaşın HDP seçicilərindən səs toplamasının çətin olduğu diqqətə çatdırılıb.
Ərdoğana qarşı seçkilərdə qalib gəlmək istəyən müxalifət blokunun HDP-nin səsinə ehtiyacının olduğunu vurğulayan qəzet qeyd edib: “CHP partiyanın (HDP) dəstəyini almağa davam etmək arzusundadır. Amma HDP-ni PKK-nın siyasi qanadı kimi görən İyİ Partiya onunla eyni masa arxasında oturmaqdan imtina edir”.
Beləliklə, ingilis nəşri Prezident Ərdoğanın seçki marafonunda öz rəqiblərindən aşkar üstün olduğunu yazıb.
Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir