Cəmiyyət

Onları Sovet Ordusu YARALAYIB… Azərbaycan dövləti SAHİBLƏNMİR… – GİLEY

1990-cı ilin yanvarında SSRİ ordusu tərəfindən edilən hücum zamanı Lənkəran rayonunda yaralanmış şəxslər etiraz edib. Şikayətçilər aldıqları təqaüdlərin kəsildiyini deyirlər.

Şikayətçilər aidiyyatı qurumlara etdikləri müraciətlərin cavabsız qaldığını deyirlər. Həmçinin laqeyd münasibətdən də gileylənirlər.

ƏƏSMN-dən isə ToplumTV-nin sorğusuna cavab olaraq bildirilib ki, şikayətçilərin əyani müayinəsi zamanı onların əlillik təyinatına əsas verən səbəblər aşkar edilməyib. Nəticədə hər ikisi barədə əlillik əlamətinin olmaması haqda qərar qəbul edilib.

Toplum TV

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir