Cəmiyyət Manşet

Prokurorluq maşinistin iş başında ölməsi ilə bağlı araşdırmalara başlayıb

Prokurorluq maşinistin iş başında ölməsi ilə bağlı araşdırmalara başlayıb.

“Zirvə yolu”nun xəbərinə görə, yanvarın 22-də “Bakı Metropoliteni” QSC-də maşinist işləyən 1958-ci il təvəllüdlü Kərimli Aydın Yusif oğlu “Avtovağzal metrostansiyası”nın 98-ci piketində təsərrüfat qatarını idarə edən zaman qəfildən halı pisləşərək ölüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

“Zirvə yolu bu barədə “Bakı Metropoliteni” QSC-dən verilən məlumata istinadən xəbər verir ki, maşinist köməkçisinin dispetçerə məlumatı əsasında dərhal təcili tibbi yardım dəvət edilib: “Aidiyyəti strukturlara və maşinistin ailəsinə məlumat verilib. Metropolitenin gecə iş rejimi ilə bağlı hər hansısa problem yaşanmayıb. Hazırda məsələ ilə bağlı aidiyyəti strukturlar müvafiq iş aparır”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir