Manşet Siyasət

Ceyhun Bayramov Özbəkistana səfərə gedib

Yanvarın 24-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 26-cı iclasında iştirak etmək məqsədilə Özbəkistanın Daşkənd şəhərinə işgüzar səfərə yola düşüb.

“Zirvə yolu” bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata istinadən xəbər verir.

Səfər çərçivəsində həmçinin nazir Ceyhun Bayramovun yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir