Məşhur səyahət saytı “TripAdvisor” “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyinin ölkəmizin 220 cəlbedici məkanı sırasında birinci yerdə qərarlaşdığını bəyan edib.
“Zirvə yolu” bu barədə ASCO-ya istinadən xəbər verir.
“TripAdvisor” platformasında dünyanın hər bölgəsində yerləşən istirahət və turizm mərkəzləri dəyərləndirilir. Turistlər bu sayta “səyahət məsləhətçisi” kimi yanaşır.
Dənizkənarı Milli Park ərazisində yerləşən “Suraxanı” gəmi-muzeyinin ekspozisiyasında nümayiş olunan audio-video və çap materialları Azərbaycan, ingilis və rus dillərində sərgilənir. Burada təşkil edilən ekskursiyalar da 3 dildə aparılır.