İqtisadiyyat Manşet

Azərbaycanın baş nazirinin müavini Türkiyədə səfərdədir

Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə ölkə prezidentinin 15 aprel 2020-ci il tarixli sərəncamı ilə yaradılmış Komissiyanın sədri, Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Komissiyada təmsil olunan bir sıra dövlət qurumlarının nümayəndələrindən ibarət heyət Türkiyədə səfərdədir.

“Zirvə yolu” xəbər verir ki, səfər çərçivəsində Türkiyənin vitse-prezidenti Fuad Oktay və Türkiyənin kənd təsərrüfatı və meşə naziri Vahid Kirişçi ilə görüşlər keçiriləcək, qardaş ölkənin nəhəng su təchizatı obyektləri ilə tanışlıq olacaq.

Azərbaycan nümayəndə heyətinin tərkibinə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, kənd təsərrüfatı naziri İnam Kərimov, iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, “Azmelsutəsərrüfat” ASC-nin sədri Zaur Mikayılov, “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov və digər rəsmi şəxslər daxildir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir