İqtisadiyyat Manşet

Azad edilmiş ərazilərdə təhsil fəaliyyəti üçün avadanlıq, cihaz və qurğuların idxalına güzəşt tətbiq olunub

Azad edilmiş ərazilərdə təhsil fəaliyyəti üçün avadanlıq, cihaz və qurğuların idxalına güzəşt tətbiq olunub.

“Zirvə yolu” xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Gömrük tarifi haqqında” qanuna dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.

Dəyişikliyə əsasən, Nazirlər Kabinetinin təsdiqlədiyi siyahı əsasında avadanlıq, cihaz, qurğu və təhsil fəaliyyəti məqsədilə digər vasitələrin Elm və Təhsil Nazirliyinin təsdiqedici sənədi əsasında dövlət ümumi təhsil müəssisələri tərəfindən idxalı 2023-cü il yanvarın 1-dən 2 il müddətinə gömrük rüsumundan azad edilir.

Nazirlər Kabineti dövlət ümumi təhsil müəssisələri tərəfindən idxalı gömrük rüsumlarından azad edilən avadanlıq, cihaz, qurğu və təhsil fəaliyyəti məqsədilə digər vasitələrin siyahısını bir ay müddətində təsdiqləyib dövlət başçısına məlumat verməlidir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir