Bu gün gecə saat 01:00 radələrində Fövqəladə Hallar Nazirliyi ilə “Bakı Metropoliteni” QSC metronun “28 May” stansiyasında “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı fəaliyyətin təşkili” mövzusunda birgə taktiki təlim keçirəcək.
“Zirvə yolu” bu barədə FHN-dən verilən məlumata istinadən xəbər verir.
Bildirilib ki, təlimə FHN-in xüsusi təyinatlı texnikaları və şəxsi heyətinin cəlb olunması nəzərdə tutulur.