Pakistanda mədrəsə şagirdlərinin olduğu qayıq çevrilib, 11 uşaq ölüb.
“Zirvə yolu” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Xayber-Paxtunxva əyalətinin Kohat rayonunda qeydə alınıb.
Daha 8 nəfər itkin düşüb. Polis dalğıclar tərəfindən xilas edilən 6 uşağın vəziyyətinin ağır olduğunu bildirib.
Axtarış-xilasetmə işləri davam edir.