Siyasət

Sahibə Qafarova Əlcəzairdə səfərdədir

Yanvarın 28-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqı Konfransının 17-ci sessiyasında iştirak etmək üçün Əlcəzair Xalq Demokratik Respublikasına işgüzar səfərə gəlib.

Əlcəzair şəhərinin Houari Boumediene hava limanında nümayəndə heyətini Əlcəzair Milli Xalq Assambleyasının sədri İbrahim Bouğali, Azərbaycanın bu ölkədəki səfiri Tural Rzayev və səfirliyin əməkdaşları qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının 17-ci konfransında çıxışı və tədbirdə iştirak edəcək nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri gözlənilir.

İşgüzar səfər yanvarın 30-da başa çatacaq.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir