“Yanvarın 27-də təqribən saat 08:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum terror aktı törədilib. Baş vermiş terror hadisəsi və onun ağır nəticələri ilə əlaqədar İran bir dövlət kimi məsuliyyət daşıyır”.
“Zirvə yolu”nun xəbərinə görə, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
Nazir müavininin sözlərinə görə, bu hadisə gözlənilməz idi.
“Ona görə ki, belə hadisələrin baş verməsi mümkün deyil, ümumiyyətlə qəbuledilməzdir. Vyana konvensiyasının müvafiq maddələrinə görə səfirliyi qəbul edən ölkə təhlükəsizliyə məsuliyyət daşıyır”, – Xələf Xələfov qeyd edib.