“Təəssüf ki, qonşu dövlətdən şəhid aldıq”.
“Zirvə yolu”nun xəbərinə görə, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
“Azərbaycan səfirliyi ilk dəfə şəhid aldı. Həm şəhid Orxan Əsgərov, həm də yaralananlar öz qanları bahasına terror aktının daha ağır nəticələr verməsinin qarşısını ala bildilər. Onlar qəhrəmanlıq göstərdilər. Onlar Azərbaycan Respublikasının suverenliyi, müstəqilliyi uğrunda canlarından keçdilər, xəsarət aldılar”, – X.Xələfov qeyd edib.