Manşet Siyasət

Xələf Xələfov: “Təbrizdəki Baş konsulluğumuzun mühafizəsi, təhlükəsizliyin təminatı İranın üzərinə düşür”

“Təbrizdəki Baş konsulluğumuzun mühafizəsi, orda çalışan insanların təhlükəsizliyinin təmin olunması bütövlükdə İran dövlətinin, İran hakimiyyətinin üzərinə düşür. Ümid edirik ki, baş vermiş terror aktından müvafiq nəticə çıxaran İran dövləti bundan sonra belə hallara yol verməz”.

“Zirvə yolu”nun xəbərinə görə, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. “Səfirlik işçilərini qəbul edən hər bir dövlət öz öhdəliklərinə sadiq olmalıdır. Öz öhdəlikləri çərçivəsində müvafiq tədbirləri görməlidir”, – X.Xələfov əlavə edib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir