Dünya

ABŞ Ukraynaya “Bradley” PDM-lərinin ilk partiyasını göndərib

ABŞ hökuməti Ukraynaya 60-dan çox “Bradley” piyadanın döyüş maşınının ilk partiyasını göndərib.

“Zirvə yolu” xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Nəqliyyat Komandanlığı məlumat yayıb.

“Nəqliyyat Komandanlığı ABŞ-ın bu ilin əvvəlində elan etdiyi 2,85 milyard dollarlıq hərbi yardım sazişinin bir hissəsi kimi “Bradley” piyadanın döyüş maşınının ilk partiyasını Ukraynaya çatdırır. Keçən həftə Cənubi Karolina ştatının Şimali-Çarlston şəhərini 60-dan çox texnika tərk edib”, – məlumatda deyilir.

Qeyd edək ki, Vaşinqton ilk dəfə olaraq yanvarın 6-da “Bradley” piyadanın döyüş maşınının Ukraynaya təhvil veriləcəyini elan edib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir