Misli Premyer Liqasının 20-ci turunda bu gün keçirilmiş “Səbail” – “Kəpəz” oyunundan sonra azarkeş bıçaqlanıb.
“Kəpəz” klubundan “Report”a verilən məlumata görə, hadisə final fitindən sonra matçın oynanıldığı “ASCO Arena”nın yaxınlığında baş verib.
Əvvəlcə iki komandanın fanatları arasında mübahisə düşüb. Tərəflər məsələyə aydınlıq gətirmək üçün stadiondan kənara çıxıblar. Bu zaman “Səbail”in tərəfdarlarından biri bıçaqla “Kəpəz” fanatına xəsartə yetirib.
Qarın boşluğundan xəsarət alan azarkeş dərhal 1 saylı Kliniki Tibbi Mərkəz çatdırılıb. Yaralının həyati təhlükəsinin olmadığı və durumunun kafi qiymətləndirildiyi bildirib.
Hadisə ilə bağlı cinayət işi açılıb.
Qeyd edək ki, “Səbail” – “Kəpəz” matçı Bakı klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.