Dünya

Pakistanda məsciddəki partlayışda ölənlərin sayı 90-a çatıb

Pakistanın Peşavar şəhərində yerləşən məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 90 nəfərə çatıb.

“Zirvə yolu” xarici KİV-ə istinadən xəbər verir ki, 200-dən çox insan xəsarət alıb.

Bir neçə nəfərin durumu ağır olaraq qalır, yaralıların müalicəsi isə davam etdirilir.

Xatırladaq ki, yanvarın 30-da Pakistanın şimal-qərbində, Peşavar şəhərində yerləşən məsciddə terror aktı baş verib. Məlumata görə, polis və hərbçilər də daxil olmaqla insanların sıx olduğu məsciddə günorta namazı zamanı kamikadze partlayıcı qurğunu işə salıb.

Hadisə yerində xilasetmə əməliyyatı davam edir və qurbanların sayı arta bilər.

Terrora görə məsuliyyəti “Təhrik-e-Taliban Pakistan” terror təşkilatı öz üzərinə götürüb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir