Manşet Siyasət

Aİ komissarı: “Azərbaycanla Avropa İttifaqı arasında artan əməkdaşlıq diplomatik fəaliyyətimizin artımı ilə üst-üstə düşür”

” Azərbaycan ilə Avropa İttifaqı arasında artan əməkdaşlıq bizim diplomatik fəaliyyətimizin artımı ilə üst-üstə düşür”.

“Zirvə yolu” xəbər verir ki, bu barədə Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simson fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında bildirib.

“Trans-Adiratik Boru Kəmərində aparılmış sonuncu mütləq sınağın nəticələri hazırki buraxma qabiliyyətinin iki dəfə artırılması imkanından xəbər verir. Qaz təchizatı sahəsində Azərbaycan ilə Avropa İttifaqı arasında artan əməkdaşlıq bizim diplomatik fəaliyyətimizin artımı ilə üst-üstə düşür. Həmin qarşılıqlı qətiyyət bu böhranı iqtisadi imkanlara çevirəcək”, – o, bildirib.

Aİ komissarı deyib ki, bu tərəfdaşlığın gələcəkdə bizi hansı səviyyədə aparacağını bilməliyik:

“Sıxılmış maye qaz təchizatını artırdığımız halda Cənub Qaz Dəhlizi Avropa İttifaqına boru kəməri ilə təchiz edilən qazın az sayda sabit və rəqabətcil mənbələrdən biri kimi qalacaqdır. Bu, həmçinin Azərbaycanla birgə qüvvələrini birləşdirmək üçün Xəzər bölgəsində digər tərəflər üçün potensial qaydada iqtisadi fürsətdir”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir