Manşet Siyasət

Yunanıstan ilə Bolqarıstan arasında interkonnektorun açılışı qonşu ölkələrə qaz təchizatının genişləndirilməsinə şərait yaradır

“Mühüm hadisələrdən biri də Yunanıstan ilə Bolqarıstan arasında interkonnektorun açılışı oldu. Bu, təbii ki, Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində yaradılıb və onun genişləndirilməsindən xəbər verir”.

“Zirvə yolu” xəbər verir ki, bu fikri Prezident İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında deyib.

İnterkonnektorun açılmasının Bolqarıstana təbii qazın tədarükünə başlamağa imkan verdiyini vurğulayan dövlət başçısı bildirib:

“Bu, həmçinin interkonnektor vasitəsilə qonşu ölkələrə qaz təchizatının genişləndirilməsini nəzərdən keçirməyə şərait yaradır”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir