Azərbaycanın İstanbuldakı Baş Konsulluğu Türkiyədə yaşayan və işləyən vətəndaşlarımıza müraciət edib.
“Zirvə yolu” xəbər verir ki, müraciət diplomatik nümayəndəliyin sosial şəbəkə hesabında yayılıb.
“Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş zəlzələ nəticəsində zərərçəkən Azərbaycan vətəndaşlarının və ya onlar haqqında məlumatı olanların aşağıdakı qaynar xətt vasitəsilə Baş Konsulluqla əlaqə saxlamaqları xahiş olunur: +90 536 613 86 48”, – məlumatda bildirilib.
Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7.4 bal gücündə zəlzələ olub. Nəticədə 284 nəfər ölüb, 2323 nəfər yaralanıb. 1710 bina dağılıb.