Çin dövlət başçısı Si Tszinpin Türkiyə prezident Rəcəb Tayyib Ərdoğana zəlzələ nəticəsində ölənlərlə əlaqədar başsağlığı verib.
“Zirvə yolu” xəbər verir ki, məlumatı “Anadolu” agentliyi yayıb.
Çinin dövlət başçısı təbii fəlakət nəticəsində ölənlərin ailələrinə başsağlığı verib, yaralananlara isə tezliklə sağalmağı arzulayıb: “Xalqınız fəlakətin nəticələrini tezliklə aradan qaldıracağına və vətəninizi yenidən quracağınıza inanıram”.