General: “Azərbaycandan getmiş 420 nəfərlik xilasedici heyət sonacan Türkiyədə fəaliyyət göstərəcək”
“Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin 420 nəfər şəxsi heyəti artıq Adana şəhərinə çatıb”.
“Zirvə yolu”nun xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinun Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov deyib.
“İlkin olaraq xilasetmə qrupu artıq Adana şəhərindədir. Türkiyədə baş vermiş zəlzələnin nəticələrini aradan qaldırmaq üçün hazırda hadisə yerinə yola düşürük. Orada baş vermiş nəticələrin aradan qaldırılmasında Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri qardaş Türkiyənin son dəqiqəsinə qədər yanında olcaq. FHN əməkdaşları sonacan Türkiyədə fəaliyyət göstərəcəyik”, – general-mayor vurğulayıb.