Dünya Manşet

İnstitut: “Türkiyədə baş vermiş zəlzələ 7,4 deyil, 7,7 bal gücündə olub”

Fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ 7,4 deyil, 7,7 bal gücündə olub.

“Zirvə yolu” xəbər verir ki, bu barədə Türkiyənin Boğaziçi Unİversiteti Kandilli Rəsədxanası və Seysmoloji Araşdırma İnstitutunun açıqlamasında bildirilib.

Məlumata görə, zəlzələnin gücü sonradan yoxlanılıb. Açıqlamaya əsasən, araşdırmadan sonra yeraltı təkanların 7,7 bal gücündə olduğu dəqiqləşdirilib.

Qeyd edək ki, Türkiyənin Kahramanmaraş Pazarcık rayonunda zəlzələ Bakı vaxtı ilə 05:26-da baş verib. Zəlzələ Kahramanmaraş, Hatay, Osmaniye, Adıyaman, Gaziantep, Şanlıurfa, Diyarbakır, Malatya ve Adana başda olmaqla ətraf ərzailərdə, o cümlədən Ankarada da hiss edilib.

Zəlzələ nəticəsində azı 284 nəfər ölüb, 2 323 insan xəsarət alıb, 1710 bina tamamilə dağılıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir