İqtisadiyyat Manşet

“Nar” Türkiyədə olan abunəçilərinin balansına internet və danışıq dəqiqələri əlavə edir

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar olaraq, bu ölkədə olan abunəçilərinə yaxınları ilə davamlı əlaqə saxlamaları üçün danışıq dəqiqələri və internet trafiki təqdim edir.

Əlavə balans haqqında məlumat abunəçilərə SMS vasitəsilə bildiriləcək. “Nar” zəlzələdə həyatını itirənlərə Tanrıdan rəhmət, xəsarət alanlara şəfa diləyir.

Xatırladaq ki, Türkiyədə bu gün səhər saatlarında 7,4 bal gücündə zəlzələ olub, 284 nəfər ölüb, 2323 nəfər yaralanıb. Zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub. Yeraltı təkanlar Bakı vaxtı ilə 05:17-də qeydə alınıb. Təbiət hadisəsi paytaxt Ankara daxil olmaqla ölkənin bir çox şəhərlərində hiss edilib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir