“Türkiyəyə bütün mümkün dəstəyi verməyə hazırıq”.
“Zirvə yolu”nun xəbərinə görə, bunu Pakistan xarici işlər naziri Bilaval Bhutto Zardari tviterdə yazıb.
O baş vermiş zəlzələ ilə əlaqədar Türkiyə xalqına və hökumətinə başsağlığı verib: “Dualarımız türkiyəli qardaşlarımızladır”.
Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7.4 bal gücündə zəlzələ olub. Nəticədə 284 nəfər ölüb, 2323 nəfər yaralanıb. 1710 bina dağılıb.