Rusiya Prezidenti Vladimir Putin güclü zəlzələ ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
“Zirvə yolu” TASS-a istinadən bildirir ki, məlumatı Kremlin mətbuat xidməti yayıb.
Qeyd olunub ki, Rusiya Türkiyədə baş verən zəlzələnin nəticələrinin aradan qaldırılması üçün lazımi yardımı göstərməyə hazırdır.
Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7.4 bal gücündə zəlzələ olub. Nəticədə 284 nəfər ölüb, 2323 nəfər yaralanıb. 1710 bina dağılıb.