Türkiyənin zəlzələ bölgəsində dərslər iki həftə dayandırılıb, hava limanları bağlanıb – YENİLƏNİB
Fevralın 6-dan etibarən Kahramanmaraş, Hatay, Adıyaman və Malatya əyalətlərində tədrisə iki həftə müddətinə fasilə verilib.
“Zirvə yolu” xəbər verir ki, bu barədə Türkiyənin təhsil naziri Mahmud Özer məlumat verib.
Onun sözlərinə görə, Diyarbakır, Qaziantep, Şanlıurfa, Adana, Osmaniye və Kilis vilayətlərində tədrisə bir həftə fasilə veriləcək.
Türkiyənin zəlzələ bölgəsində dərslər bir həftə müddətinə dayandırılıb, hava limanları bağlanıb.
“Zirvə yolu” xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay məlumat verib.
Onun sözlərinə görə, Qaziantep və Kahramanmaraş şəhərlərinə uçuş dayandırılıb.
Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7.4 bal gücündə zəlzələ olub. Nəticədə 284 nəfər ölüb, 2323 nəfər yaralanıb, 1710 bina dağılıb.