Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisi zəlzələnin nəticələri ilə mübarizə məqsədilə fövqəladə humanitar tədbirlərin həyata keçirilməsində Türkiyə Səhiyyə Nazirliyinə dəstək verməyə hazırdır.
“Zirvə yolu” xəbər verir ki, bu barədə ÜST-ün Avropa Regional Ofisinin tviter səhifəsində məlumat verilib.
“ÜST fevralın 6-da Türkiyənin cənub-şərq bölgəsində baş vermiş dağıdıcı zəlzələlərə təcili humanitar reaksiyaların həyata keçirilməsində Türkiyə Səhiyyə Nazirliyinə dəstək verməyə hazırdır”, – paylaşımda qeyd edilib.