Dünya Manşet

Kahramanmaraşın deputatı: “Azərbaycanlı xilasedicilər axtarış-xilasetmə əməliyyatlarında dəstəklərini əsirgəmirlər”

“Azərbaycandan gələn xilasedicilər Kahramanmaraşda axtarış-xilasetmə əməliyyatlarında bütün qüvvələri ilə öz dəstəklərini əsirgəmirlər”.

“Zirvə yolu” xəbər verir ki, bunu “Report”un Ankara bürosuna açıqlamasında Türkiyə Böyük Millət Məclisində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Kahramanmaraşdan olan millət vəkili Ahmet Özdəmir deyib.

O qeyd edib ki, ən çətin günlərində Azərbaycanla Türkiyə bir-birinə dəstək göstərir:

“Zəlzələdən sonra da ilk dəstək təklifini qardaş ölkə Azərbaycan edib. Mən bu dəstəyə görə Azərbaycana təşəkkürümü bildirirəm”.

Türkiyəli millət vəkili bildirib ki, hazırda Kahramanmaraşın Azərbaycan bulvarı küçəsində qardaş ölkənin xilasediciləri axtarış-xilasetmə əməliyyatlarını davam etdirir:

“Burada dağıntıya məruz qalan binalar həddən artıq çoxdur”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir